Azərbaycan və Türkiyə şahmat federasiyaları əməkdaşlığı müzakirə etdi

28 Sentyabr 2026 12:03
280
Azərbaycan və Türkiyə şahmat federasiyaları əməkdaşlığı müzakirə etdi

Özbəkistanda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası günlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Türkiyə Şahmat Federasiyasının yeni seçilən prezidenti Enes Efendioğlu arasında görüş keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, görüşdə iki qardaş ölkə arasında şahmat sahəsində əməkdaşlığın yeni mərhələsi, birgə turnirlərin təşkili, gənc şahmatçıların hazırlığı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Enes Efendioğluya xatirə hədiyyəsini təqdim edib.

İdman.Biz