Bolqarıstanlı şahmatçı Karlsen üzərində qələbədən cuşa gəldi - VİDEO

2 Oktyabr 2026 14:22
264
Bolqarıstanlı şahmatçı Karlsen üzərində qələbədən cuşa gəldi - VİDEO

Bolqarıstanlı şahmatçı Volen Dülgerov norveçli sabiq dünya çempionu Maqnus Karlseni məğlub etdikdən sonra emosiyalarını cilovlaya bilməyib.

İdman.Biz xəbər verir ki, bu barədə “Pervıy sport”un “Telegram” kanalı məlumat yayıb.

Dülgerov onlayn turnirdə Karlsenin top ilə səhv gediş etməsindən sonra ardıcıl iki dəfə ona şah elan edib. Şahmat taxtasındakı vəziyyəti gördükdən sonra bolqarıstanlı idmançı üzərindəki futbolkanı cırıb, şalvarını çıxarıb və yüksək səslə qışqırmağa başlayıb.

Görüş Karlsenin 21-ci gedişdə məğlubiyyəti ilə başa çatıb. Bununla da Dülgerovun komandası 25 min ABŞ dolları mükafat fondu olan turnirin qalibi olub.

Qeyd edək ki, Maqnus Karlsen 2013, 2014, 2016, 2018 və 2021-ci illərdə dünya çempionu titulunu qazanaraq ümumilikdə beş dəfə dünya çempionu olub.

İdman.Biz
Məqalədə: