Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib - FOTO

5 Oktyabr 2026 09:58
237
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib - FOTO

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

O, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.

Tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Yekunda milli federasiyanın rəhbəri qonağa xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə ali şahmat qurumunun vitse-prezidenti seçilib.

İdman.Biz