Bu gün, oktyabrın 19-da Şirvanda “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı start götürür.
İdman.Biz xəbər verir ki, yarışlar Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq və oktyabrın 26-dək davam edəcək.
Festival çərçivəsində müxtəlif yaş kateqoriyalarından olan şahmatçılar arasında turnirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbirin təşkilatçısı Azərbaycan Şahmat Federasiyasıdır.
İlk günün proqramının Bakı vaxtı ilə saat 10:00-da başlaması planlaşdırılıb.
