Azərbaycan şahmatçıları Avropa çempionatında liderdirlər - FOTO

8 Noyabr 2026 14:54
277
Azərbaycan şahmatçıları Avropa çempionatında liderdirlər - FOTO

Azərbaycan şahmatçıları Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək yeniyetmələr arasında Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, yarışın beşinci turundan sonra iki təmsilçimiz öz yaş kateqoriyalarında liderlik edirlər.

18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova keçirdiyi beş görüşün hamısında qalib gələrək maksimum nəticə - beş xal toplayıb. Azərbaycan şahmatçısı ən yaxın izləyicisini bir xal qabaqlayır.

18 yaşadək oğlanların yarışında Tunar Davudov turnir cədvəlinə başçılıq edir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.

Digər təmsilçilərimizdən Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (G-18) və Şəmsi Qaraxanov (U-14) ilk onluqda yer alaraq medal qazanmaq şanslarını qoruyurlar.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

İdman.Biz