“Son anda Azərbaycan çempionatında iştirak etmək qərarına gəldim”.
İdman.biz xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva deyib.
O, 9 turdan 5,5 xal toplayaraq ilk dəfə ölkə çempionu olması ilə bağlı sevincini bölüşüb: “Yarış çox çətin keçdi. Çünki özümü formada hiss etmirdim. Bundan da yaxşı hazırlaşa bilərdim. Amma şükürlər olsun ki, alındı”.
Allahverdiyeva bildirib ki, apreldə Yunanıstanda keçiriləcək Avropa çempionatı üçün hazırlıqlara da artıq başlayıb: “Vaxtımız var. Bu yarışda maksimum dərəcədə çalışıb, əlimdən gələni etməyə çalışacam. Ən böyük məqsədim qrossmeyster olmaqdır”.
Banuçiçək Hüseynli
İdman.biz