Mamayda (Rumıniya) oğlanlar və qızlar arasında şahmat üzrə Avropa çempionatı davam edir.
İdman.biz-in məlumatına görə, U-12 yaş kateqoriyasında mübarizə aparan Səadət Bəşirli ardıcıl 5-ci qələbəsini qazanıb. O, beşinci raundda Kinga Lazdamikə (Polşa) qalib gələrək vahid lider olub, mümkün beş xaldan 5 xal toplayıb.
Liderlər qrupunda 4,5 xal toplayan Lalə Hüseynova da (U-14) yer alıb. Ayan Allahverdiyeva (U-18) isə Zeynep Çiftçidən yarım xal geri qalaraq ikinci yerdə qərarlaşıb.
Nicat Zəkiyev
İdman.biz