Nərmin 3-cü, Ayan 5-ci pillədə

Xəbərlər
7 İyun 2024 20:28
216
Nərmin 3-cü, Ayan 5-ci pillədə

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 6-cı tur başa çatıb.

İdman.biz xəbər verir ki, hesabat turunda şahmatçılarmızın rəqibləri yerli idmançılar olublar.

Dünən Nərmin Abdinovaya qalib gələn Deşmux Duvya bu dəfə Ayan Allahverdiyevanı mat edib. Nərminsə bu dəfə qələbə qazanıb. Səbinə Rzalı 6 turda 3-cü dəfə uduzub.

Bu nəticələrdən sonra Abdinova 5xalla 3-cü, Allahverdiya 4,5 xalla 5-ci pillədə qərarlaşıb. Hesabında 3 xal olan Sabina 57-cidir.

Qeyd edək ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.

6-cı tur
Ayan Allahverdiyeva – Deşmux Duvya (Hindistan) – 0:1
Nərmin Abdinova – V Rindhiya (Hindistan) – 1:0
Kumavat Dakşita (Hindistan) – Sabina Rzalı – 1:0

İdman.biz