Azərbaycan Dünya Kubokuna 14 şahmatçı ilə yollanır

Xəbərlər
20 İyun 2024 10:31
80
Azərbaycan Dünya Kubokuna 14 şahmatçı ilə yollanır

İyunun 23-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığıyla Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında şahmat üzrə Dünya Kubokuna start veriləcək.

İdman.biz xəbər verir ki, turnir 8,10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.

Azərbaycan Dünya Kubokunda məşqçi Fərid Abbasovun rəhbərliyi altında 14 şahmatçıyla təmsil olunacaq.

Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.

İdman.biz

Məqalədə: