Şahmatçılarımız Dünya Kubokunda mübarizəyə başlayır

Xəbərlər
23 İyun 2024 10:14
384
Şahmatçılarımız Dünya Kubokunda mübarizəyə başlayır

Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə Dünya Kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar mübarizə aparacaq.

Azərbaycanı yarışda 14 zəka sahibi təmsil edir. Batumidə Mahir Vahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva (U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli, Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər. Yığmamız turnirdə Fərid Abbasovun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, Dünya Kubokuna 37 ölkədən şahmatçılar qatılıb.

İdman.biz