Teymur Rəcəbov yenidən “Şahmat ulduzları”nda

Xəbərlər
26 İyun 2024 12:35
100
Teymur Rəcəbov yenidən “Şahmat ulduzları”nda

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sabah start götürəcək “Şahmat ulduzları 4,0” turnirində iştirak edəcək.

İdman.biz xəbər verir ki, Moskvadakı yarışda Vladislav Artemyev, Sergey Karyakin, Yevgeni Tomaşevski (hamısı Rusiya), Amin Tabatabai (İran), Raunak Sadvani (Hindistan), həmçinin Hou İfen (Çin), Aleksandra Qoryaçkina, Yekaterina Lahno və Valentina Qunina (hamısı Rusiya) mübarizə aparacaqlar.

Şahmatçılar iyunun 27-29-da rapiddə qüvvələrini sınayacaqlar. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.

Qeyd edək ki, Teymur “Şahmat ulduzları”nın əvvəlki turnirlərində də iştirak edib.

İdman.biz