Fərid Qayıbov FIDE prezidenti ilə görüşüb - FOTO

Xəbərlər
29 İyun 2024 18:19
68
Fərid Qayıbov FIDE prezidenti ilə görüşüb - FOTO

Bu gün gənclər və idman naziri Fərid Qayıbov FIDE prezidenti Arkadi Dvorkoviçi qəbul edib.

İdman.biz xəbər verir ki, qonağa son illərdə Azərbaycanda şahmatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.

Nazir görüşdə şahmatçılarımızın qazandıqları uğurlar barədə danışıb. FIDE prezidenti Azərbaycanda şahmata dövlət qayğısının nümunəvi olduğunu qeyd edərək son illərdə şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrini yüksək qiymətləndirib.

Görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak ediblər.

Qeyd edək ki, Arkadi Dvorkoviç “Baku Open-2024” beynəlxalq Şahmat Turniri çərçivəsində ölkəmizə gəlib.

İdman.biz