Paytaxtımızda keçirilən “Baku Open” şahmat turnirində 7-ci tura yekub vurulub.
İdman.biz xəbər verir ki, turnir cədvəlinə hindistanlı şahmatçılar başçılıq edirlər.
Mükafat fondu 50 min ABŞ dolları olan yarışda Aydın Süleymanlıya qalib gələn Abhimanyu Puranik (Hindistan) 1-ci pillədə yüksəlib. Lider Sina Mohemed isə turu məğlubiyyətlə başa vuraraq, 3-cü pilləyə geriləyib.
Turu qələbə ilə başa vuran Rauf Məmmədov 6-cı pillədə yer alıb.
7-ci tur
Sina Mohaved (İran) – S. Narayanan (Hindistan) - 0:1
Abhimanyu Puranik (Hindistan) – Aydın Süleymanlı - 1:0
Rauf Məmmədov – Əhməd Əhmədzadə - 1:0
Nicat Abasov – Polina Şuvaleva (FİDE) - 0,5:0,5
Lev Zverev (FİDE) – Məhəmməd Muradlı - 1:0
Turnir vəziyyəti: 1. Abhimanyu Puranik (Hindistan), 2. S. Narayanan (Hindistan) – hər ikisi 6 xal, 3. Sina Mohaved (İran) - 5,5 xal.
İdman.biz