Sentyabrın 10-23-də Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılarının gözləntilərini bəlli olub.
İdman.biz xəbər verir ki, onlar 190 ölkədən 2000-ə yaxın şahmatçının gəlişinə ümid edirlər.
İki il əvvəl Çennai Olimpiadasında 188 kişi və 162 qadın komandası çıxış edirdi. Təşkilatçılar isə hesab edirlər ki, qarşıdan gələn yarışda rəqəmlər daha çox ola bilər.
Olimpiada üçün qeydiyyat davam edir və iyulun 19-da başa çatacaq.
Qeyd edək ki, Azərbaycan yığmaları artıq iştirak ərizəsi ilə bağlı qərar verib. Kişilərdən ibarət komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlardan isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alacaq.
İdman.biz