Macarıstanda keçirilən 5-ci Avropa Universitet Oyunlarında şahmat yarışlarına start verilib.
İdman.biz xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (ASAPES) təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda rapid yarışlarında qələbə qazanıb.
9 turda 15 xal toplayan şahmatçılar 17 komanda arasında birinci yeri tutub.
Bu gün şahmatda blits üzrə yarışlar təşkil olunacaq.
İdman.biz