Olimpiada üçün son dörd gün

Xəbərlər
15 İyul 2024 12:08
181
Olimpiada üçün son dörd gün

Sentyabrın 10-dan 23-dək Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək komandaların ərizələrinin qəbulu üçün son tarix yaxınlaşır.

İdman.biz xəbər verir ki, qeydiyyat pəncərəsinin bağlanmasına dörd gün qalıb.

Ərizələrin göndərilməsi üçün son tarix iyulun 19-dur. Beləliklə, həftənin sonunda iştirakçı komandaların və şahmatçıların dəqiq sayı bəlli olacaq.

Təşkilatçılar 190 ölkədən 2000-ə yaxın şahmatçının yarışa qatılacağını gözləyirlər. İki il əvvəl Çennai Olimpiadasında 188 kişi və 162 qadın komandası çıxış edirdi. Təşkilatçılar isə hesab edirlər ki, qarşıdakı yarışda bu rəqəmlər daha çox olacaq.

Qeyd edək ki, Azərbaycan yığmaları artıq ərizə ilə bağlı qərar verib. Kişilərdən ibarət komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı və Aydın Süleymanlı, qadınlardan isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alacaq.

İdman.biz

Məqalədə: