Jurnalistlər şahmatda yarışacaq

Xəbərlər
16 İyul 2024 16:02
202
Jurnalistlər şahmatda yarışacaq

İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışın reqlamentinə əsasən, hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.

7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim olunacaq.

İdman.biz

Məqalədə: