Azərbaycan şahmatçısı Eltac Səfərli Belqradda keçirilən “Masters” turnirində vahid lider olub.
İdman.biz xəbər verir ki, o, səkkizinci turda ardıcıl dördüncü qələbəsini qazanıb.
Səfərli bu dəfə əlavə göstəricilərdə qrossmeysterimizdən geri qalan Ariel Erenberqə (İsrail) qalib gəlib.
Şahmatçımızın aktivində 7 xalı var. Ona turnirin qalibi olmaq üçün sonuncu turda heç-heçə də kifayətdir.
İdman.biz