Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçirilib.
İdman.biz xəbər verir ki, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılmaqla hər gedişə 5 saniyə əlavə edilib.
Yekunda Ceyhun Əliyev idman jurnalistləri arasında şahmat turnirinin qalibi olub. İlkin Vidadioğlu və Faiq Tahirov müvafiq olaraq 2-3-cü yerləri tutub.
Fərqlənənlərə diplom və pul mükafatı təqdim olunub. Turnirin bütün iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
İdman.biz