Şahmat Olimpiadasında rekord komanda

Xəbərlər
23 İyul 2024 18:23
147
Şahmat Olimpiadasında rekord komanda

FIDE sentyabrın 10-23-də Budapeştdə keçiriləcək 45-ci Şahmat Olimpiadasında iştirakçıların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, yarışda rekord sayda komanda mübarizə aparacaq.

Macarıstan paytaxtında kişilərin mübarizəsində 193, qadınlarda isə 181 yığma qələbə uğrunda bacarığını nümayiş etdirəcək. İki il əvvəl Çennayda (Çin) keçirilən olimpiadada bu rəqəm 188 və 162-ya bərabər olub.

Qeyd edək ki, Azərbaycan kişilərdən ibarət yığmasının heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, qadınlardan ibarət komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alıb.

İdman.biz