Olimpiadada iştirak edəcək komanda ilə GÖRÜŞ - FOTO

Xəbərlər
29 İyul 2024 17:23
694
Olimpiadada iştirak edəcək komanda ilə GÖRÜŞ - FOTO

Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasıyla görüş keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə yığmanın üzvləri Şəhriyar Məmmədyarov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və kapitan Teymur Rəcəbov iştirak edib.

Ölkə xaricində olan Rauf Məmmədov toplantıya videobağlantı vasitəsilə qoşulub.

Olimpiadaya hazırlığın gedişatı və son yarışlardakı nəticələrlə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı bundan sonra da milli komandaya lazımi şəraitin yaradılacağını bildirib. Görüş zamanı fərdi qaydada hazırlaşan şahmatçıların fikirləri dinlənilib, olimpiadayla bağlı mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-23-də Macarıstanda keçiriləcək. Yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

İdman.biz

Məqalədə: