Yeniyetmələrin şahmat olimpiadasına start verilib - FOTO

Xəbərlər
7 Avqust 2024 11:35
402
Yeniyetmələrin şahmat olimpiadasına start verilib - FOTO

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur.

Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.

Əsasnaməyə əsasən, A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü - 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.

Respublika Şahmat Olimpiadasına avqustun 15-də yekun vurulacaq.

Yarışın baş hakimi Qüdrət İsmayılovdur.

İdman.biz

Məqalədə: