Yan Nepomnyaşi Rusiya millisindən imtina etmək istəyir

Xəbərlər
30 Sentyabr 2023 17:11
222
Yan Nepomnyaşi Rusiya millisindən imtina etmək istəyir

Rusiyalı şahmatçı Yan Nepomnyaşi millidə çıxışdan imtina etmək istəyir.

İdman.biz xəbər verir ki, 33 yaşlı qrossmeyster yerli federasiyadan narazıdır.

O bildirib ki, qurumla hazırkı münasibətlərini nəzərə alaraq, Rusiya millisində oynamaq istəmədiyini dedikdə fikri səhv başa düşülür: “Yazacaqlar ki, Nepomnyaşi Rusiyada oynamaqdan imtina etdi. Bu tamamilə doğru deyil. Milli komandada oynamağa qarşı heç bir etirazım yoxdur. Əksinə, bunu çox sevirəm. Komanda turnirləri ən çox bəyəndiyim turnirdir, tamam başqa hisslər yaşanır. Bununla belə, federasiyamız bütün uğurlardan yararlanmağı sevir, lakin şahmatçılar üçün çox az iş görür. Bu məni kədərləndirir. Milli komandanın federasiya ilə heç bir əlaqəsi olmasaydı, çox istərdim”.

Qeyd edək ki, Neponyaşi iki dəfə dünya şahmat tacı uğrunda görüşlərə iştirak edib.

İdman.biz