Bir Olimpiada, doqquz debüt

Xəbərlər
27 Avqust 2024 16:03
755
Bir Olimpiada, doqquz debüt

Sentyabrın 10-23-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında doqquz komanda debüt edəcək.

İdman.biz xəbər verir ki, Lixtenşteyn, Cersi, Qrenada, Sent Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis, ABŞ Virciniya adaları, Sent-Lüsiya, Nauru və Kayman adaları ilk dəfə bu yarışda çıxış edəcək.

Maraqlıdır ki, bütün bu komandalar qadınların mübarizəsinə qatılacaq. Olimpiadada iştirak edən komandaların sayı ilə bağlı da maraqlı məqamlar diqqət çəkir.

Əgər dörd il əvvəl Gürcüstanın Batumi şəhərində kişilərdə 182, qadınlarda isə 176 komanda qeydiyyatdan keçmişdisə, Çennai-2022-də bu rəqəmlər 187 və 162-yə bərabər idi. Budapeştdə isə bu say müvafiq olaraq 193 və 181-ə çatıb.

İdman.biz