Şahmat üzrə dünya çempionatının qeydiyyatına başlanılıb

Xəbərlər
3 Sentyabr 2024 09:32
114
Şahmat üzrə dünya çempionatının qeydiyyatına başlanılıb

FİDE tərəfindən rapid və blits üzrə dünya çempionatının qeydiyyatına başlanlıb.

İdman.biz xəbər verir ki, turnirdə iştirak edəcək şahmatçıların müraciəti oktyabrın 31-də başa çatır.

Yarış dekabrın 13-17-də Sloveniyanın Terme Kates şəhərində keçiriləcək.

Qeyd edək ki, rapid üzrə dünya çempionatında Azərbaycan şahmatçılarının da iştirak edəcəyi gözlənilir.

İdman.biz

Məqalədə: