“Grand Chess Tour”un yubiley mövsümü 5 turnirdən ibarət olacaq

Xəbərlər
4 Sentyabr 2024 11:04
122
“Grand Chess Tour”un yubiley mövsümü 5 turnirdən ibarət olacaq

“Grand Chess Tour” 10-cu yubiley seriyasını elan edib.

İdman.biz xəbər verir ki, proqram beş turdan ibarətdir.

Mövsümə aprelin 24-də Varşavada rapid və blits yarışları ilə start veriləcək. Daha sonra mayın 5-17-də Buxarestdə klassik mərhələ baş tutacaq.

30 iyun - 7 iyul tarixlərində isə Zaqrebdə iştirakçıların yenidən sürətli şahmat oyunları keçiriləcək.

Son iki turnir ənənəvi olaraq Sent-Luisdə olacaq. Avqustun 9-16-da rapid və blits yarışlarının startı, avqustun 16-29-da isə Reks Sinquefield Kuboku təşkil olunacaq.

Turnirin yekun mərhələsinin keçiriləcəyi məkanın adı daha sonra açıqlanacaq. Növbəti mövsüm üçün iştirakçıların adları hələ müəyyənləşməyib.

Qeyd edək ki, “Grand Chess Tour”un ümumi mükafat fondu 1,5 milyon dollardır.

İdman.biz

Məqalədə: