Albaniyanın Durras şəhərində şahmat üzrə klublararası Avropa Kuboku davam edir.
İdman.biz xəbər verir ki, “Vüqar Həşimov” bu gün dördüncü görüşünə çıxacaq.
Hesabında 2 qələbə və 1 məğlubiyyət olan Azərbaycan təmsilçisi Niderlandın “Paul Keres 1” klubu ilə qarşılaşacaq.
3 turdan sonra hər 2 komandanın aktivində 4 xalı var.
Qeyd edək ki, “Vüqar Həşimov” Böyük Britaniya “Seltik Taygers”inə və Şimali Makedoniya “Qambit Asseko”suna 5,5:0,5 hesabı ilə qalib gəlib. Rumıniya “Superchess”inə isə 2,5:3,5 hesabı ilə uduzub.
İdman.biz