"Vüqar Həşimov Memorial-2024” superturniri ŞUŞADA - VİDEO

Xəbərlər
6 Sentyabr 2024 13:11
763
"Vüqar Həşimov Memorial-2024” superturniri ŞUŞADA - VİDEO

Sentyabrın 25-30-da görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2024” superturniri keçiriləcək.

İdman.biz xəbər verir ki, rapid və blits üzrə təşkil olunacaq turnirdə 10 şahmatçı iştirak edəcək.

Turnir ilk dəfə olaraq Şuşa şəhərində baş tutacaq.

Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il) isə bir dəfə turnirin qalibi olublar.

Banuçiçək Hüseynli
İdman.biz