Qasım Həşimov: "Xaricdən şahmatçı cəlb etmək çətindir”

Xəbərlər
6 Sentyabr 2024 13:27
143
Qasım Həşimov: "Xaricdən şahmatçı cəlb etmək çətindir”

Şahmat üzrə “Vüqar Həşimov Memorialı”nda iştirak üçün Maqnus Karlsenə də dəvət göndərilib.

İdman.biz xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov açıqlama verib.

O bildirib ki, xaricdən şahmatçı cəlb etmək çətindir: "Onların proqramları var. Turnirə dəvət etməyə çətinlik çəkdik. Fabiano Karauna son anda gələ bilməyəcəyini dedi. Onların müqavilələri olur və müxtəlif yarışlarda iştirak edirlər. İlin sonu həmişə gərgin keçir. Maqnus Karlsenə də təklif göndərmişdik. Gələ bilmədi. O, bu turnirdə məmnuniyyətlə iştirak etmək istəyir. Amma alınmadı. Gələcəkdə yenə dəvət göndərəcəyik".

Superturnirinin mükafat fonduna gəldikdə isə Həşimov vurğulayıb ki, ilk 5 yerə pul mükafatı veriləcək: “Qalan məsələlər isə turnirin gedişatında müəyyən olunacaq”.

Qeyd edək ki, turnir sentyabrın 25-30-da Şuşada gerçəkləşəcək.

Banuçiçək Hüseynli
İdman.biz