Şahmat Olimpiadası: Kişilər Hindistana uduzub, qadınlar Ukrayna ilə heç-heçə oynayıb

Xəbərlər
15 Sentyabr 2024 22:41
1 261
Şahmat Olimpiadası: Kişilər Hindistana uduzub, qadınlar Ukrayna ilə heç-heçə oynayıb

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması 4 turdan sonra xal itirib.

Komandamız favorit Hindistana uduzub. Rəqib 2 lövhədə üstün olub, 2 lövhədə heç-heçə qeydə alınıb. 5 turdan sona millimizin hesabında 8 xal var.

Qadınlardan ibarət yığma xal itkisi ilə üzləşib. Zəka sahiblərimiz Ukrayna ilə heç-heçəya razılaşıblar. 3 qələbəsi və iki heç-heçəsi olan komandamız 8 xal toplayıb.

45-ci Şahmat Olimpiadası
V tur, 15 sentyabr

Kişilər
Azərbaycan – Hindistan - 1:3
Aydın Süleymanlı – Qukeş D - 0:1
Nicat Abasov – Praqqnanda R - 0,5:0,5
Rauf Məmmədov – Arjun Erigaisi - 0:1
Şəhriyar Məmmədyarov – Qujrati Viditi Santoş - 0,5:0,5

Qadınlar
Azərbaycan – Ukrayna - 2:2
Günay Məmmədzadə – Yuliia Osmak - 0:1
Ülviyyə Fətəliyeva – Anna Uşenina - 0,5:0,5
Gövhər Beydullayeva – Nataliya Buksa - 1:0
Xanım Balacayeva – İnna Qaponenko - 0,5:0,5

İdman.biz