Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
İdman.biz xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması Litva ilə qarşılaşıb.
Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun kapitanı olduğu komanda bu dəfə Litva ilə üz-üzə gəlib. Yığmamız gözlənilmədən uduzub.
AZƏRBAYCAN – LİTVA - 1,5:2,5
Aydın Süleymanlı – Titas Stremavicius - 0,5:0,5
Nicat Abasov – Paulus Pultineviçius - 0:1
Şəhriyar Məmmədyarov – Valeri Kazakovski - 1:0
Məhəmməd Muradlı – Tomas Laurusas - 0:1
Turnir cədvəli: 1. Hindistan, 2. Çin, 3. Vyetnam – hərəyə 10 xal, 9. Azərbaycan – 8.
Qadınlardan ibarət yığma isə Vyetnamla görüşüb. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail Şereşevski olduğu yığma turu qələbə ilə başa vurub. Komandamız 2 lövhədə üstün olub.
Vyetnam – AZƏRBAYCAN - 1,5:2,5
Le Thao Nguyen Fam – Günay Məmmədzadə - 1:0
Ti Kim Pung Vo - Ülviyyə Fətəliyeva - 0:1
Fuonq Luonq – Gövhər Beydullayeva - 0:1
Ngoc Duong Bac – Xanım Balacayeva - 0,5:0,5
İdman.biz