Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan – İtaliya - 2:2

Xəbərlər
19 Sentyabr 2024 23:29
954
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan – İtaliya - 2:2

Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası davam edir.

İdman.biz xəbər verir ki, bu gün VIII turun oyunları keçirilib.

Hər iki millimiz İtaliya ilə qarşılaşıb. Həm qadınlar, həm kişilər xalları yarıya bölüblər.

Son turda Qazaxıstana qalib gələn kişi millimiz 7 oyundan 11 xalla 14-cü pillədə yer alıb. Son olaraq Qazaxıstana uduzan qadın zəka sahiblərimiz isə 11 xalla 20-cu sırada qərarlaşıblar.

Ümumdünya Şahmat Olimpiadası
VIII tur
Kişilər

İtaliya – Azərbaycan - 2:2
Daniele Vokaturo – Aydın Süleymanlı - 0,5:0,5
Lorenzo Lodici – Nicat Abasov - 0,5:0,5
Françesko Sonis – Rauf Məmmədov - 0,5:0,5
Sabino Brunello – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Turnir cədvəli: 1. Hindistan – 14 xal, 2.İran – 13 xal, 14. Azərbaycan – 11 xal.

Qadınlar
Azərbaycan – İtaliya - 2:2

Günay Məmmədzadə – Marina Brunello - 0,5:0,5
Ülviyə Fətəliyeva – Olqa Zimina - 1:0
Gövhər Beydullayeva – Yelena Sedina - 0,5:0,5
Xanım Balacayeva – Sala Quilia - 0:1

Turnir cədvəli: 1. Hindistan – 14 xal, 2. Polşa, 3. Qazaxıstan, 4. Fransa -12 xal, 20. Azərbaycan – 11 xal.

İdman.biz

İdman.biz