Səfirimiz Olimpiadada iştirak edən şahmatçılarımızla görüşüb

Xəbərlər
19 Sentyabr 2024 12:37
306
Səfirimiz Olimpiadada iştirak edən şahmatçılarımızla görüşüb

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli komandanın üzvləriylə görüşüb.

İdman.biz xəbər verir ki, səfirlikdə baş tutan görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti Faiq Həsənov, federasiyanın baş katibi İlahə Qədimova, eləcə də milli komandanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.

İdman.biz