Ümumdünya Şahmat Olimpiadası: Kişilər Yunanıstanla xalları bölüb, qadınlar İsveçrəni məğlub edib - FOTO

Xəbərlər
20 Sentyabr 2024 22:21
2 023
Ümumdünya Şahmat Olimpiadası: Kişilər Yunanıstanla xalları bölüb, qadınlar İsveçrəni məğlub edib - FOTO

Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiadası davam edir.

İdman.biz xəbər verir ki, bu gün IX turun oyunları keçirilib.

Kişilərdən ibarət komandamız Yunanıstanla üz-üzə gəlib. Yığmamız ötən turda İtaliya ilə olduğu kimi bu dəfə də xalları yarı bölüb (2:2).

Qadınlardan ibarət millimiz isə İsveçrə ilə qarşılaşıb. Rəqibə heç bir şans verməyən şahmatçılarımız bütün lövhələrdə qələbə qazanıblar.

Ümumdünya Şahmat Olimpiadası
IX tur
Kişilər

Yunanıstan – Azərbaycan - 2:2
Nikolas Teodoro – Aydın Süleymanlı - 1:0
Stamatis Kourkoulos-Artidis – Rauf Məmmədov - 0:1
İonnis Papaioanou – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Andreas Kelires – Məhəmməd Muradlı - 0,5:0,5

Turnir cədvəli: 1. Hindistan – 16 xal, 2. Özbəkistan, 3. Macarıstan – 14 xal, 20. Azərbaycan – 11 xal.

Qadınlar
İsveçrə - Azərbaycan - 0:4

Aleksandra Kostenyuk - Günay Məmmədzadə - 0:1
Lena Georgesku - Ülviyyə Fətəliyeva - 0:1
Sofiya Xrızlova - Gövhər Beydullayeva - 0:1
Mariya Manko - Xanım Balacayeva - 0:1

Turnir cədvəli: 1. Hindistan, 2. Polşa, 3. Qazaxıstan – 14 xal, 20. Azərbaycan – 11 xal.

Qeyd edək ki, olimpiadanın 9-cu turunda ilk gedişi ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə edib.

İdman.biz