Duda səhhəti ilə bağlı Şuşaya gələ bilməyəcək

Xəbərlər
23 Sentyabr 2024 11:48
358
Duda səhhəti ilə bağlı Şuşaya gələ bilməyəcək

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları sırasında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, şahmatçı Yan Kşiştof Duda (Polşa, 2732) səhhətiylə əlaqədar ölkəmizdəki turnirdə iştirak edə bilməyəcək.

Hazırkı vəziyyətdə sağlamlığı ona bu imkanı vermir.

Qeyd edək ki, Memorial sentyabrın 26-28-də olacaq.

İdman.biz