Superturnirin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər - FOTO

Xəbərlər
25 Sentyabr 2024 12:50
158
Superturnirin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər - FOTO

"Vüqar Həşimov Memorial-2024” superturnirinin iştirakçıları II Fəxri xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

İdman.biz xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Ziyarətdə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

10-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 14-30-da Şuşa Otel-Konqres Mərkəzində olacaq.

İdman.biz

Məqalədə: