Vidit Santoş Vüqar Həşimov Memorialında iştirak etməyəcək

Xəbərlər
25 Sentyabr 2024 17:07
58
Vidit Santoş Vüqar Həşimov Memorialında iştirak etməyəcək

Şuşada keçiriləcək 10-cu Vüqar Həşimov Memorialında Hindistan şahmatçısı Vidit Santoş iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, Hindistan komandasının Budapeştdə keçirilən Ümumdünya Şahmat Olimpiadasının qalibi olması səbəbindən bu qərara gəlinib.

Komanda üzvləri dövlət tədbirlərində iştirak edəcək və Hindistanın baş naziri Narendro Modinin qəbulunda olacaq. Buna görə də Vidit Santoş Təşkilat Komitəsinə əvəz edilməsi ilə bağlı müraciət edib.

Vüqar Həşimov Memorialında Vidit Santoşun əvəzinə Hindistanın digər şahmatçısı Aravind Çitambaram təmsil edəcək.

İdman.biz