Həşimov Memorialının hindistanlı iştirakçısı - Unikal nailiyyətin sahibi

Xəbərlər
26 Sentyabr 2024 11:08
55
Həşimov Memorialının hindistanlı iştirakçısı - Unikal nailiyyətin sahibi

Vüqar Həşimov Memorialında son anda Vidit Santoş Qujaratini əvəzləyən Aravind Çitambaram Hindistan şahmatının ikonik şahmatçısıdır.

İdman.biz xəbər verir ki, Hindistan yığmasının birinci yer tutduğu Budapeşt Olimpiadasında iştirak etməməsinə baxmayaraq, asiyalının maraqlı nailiyyəti var.

Çitambaram 3 dəfə ölkə çempionatının qalibi olmağı bacaran yeganə şahmatçıdır. Bu mənada onun indiyədək heç kimdə olmayan unikal nailiyyəti var.

Qeyd edək ki, bu gün Şuşada X Vüqar Həşimov Memorialı başlayır. Turnirdə, həmçinin Yan Nepomnyaşi, Vladislav Artemyev (hər ikisi Rusiya), Riçard Rapport (Macarıstan), Nodirbek Abdusattorov (Özbəkistan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı çıxış edəcək.

İdman.biz

Məqalədə: