Azərbaycan şahmatçısı Firuzja və İvançukla eyni komandada

Xəbərlər
26 Sentyabr 2024 11:35
361
Azərbaycan şahmatçısı Firuzja və İvançukla eyni komandada

Azərbaycan şahmatçısı Namiq Quliyev oktyabrın 11-24-də Serbiyanın Vranyaçka Banya şəhərində keçiriləcək Avropa Klublar Kubokunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, o, yeddinci reytinqə malik Fransanın “Şartres Eçeks” klubunun kapitanı olacaq.

Quliyev aktiv oyunçu kimi də avrokuboklarda çıxış edə bilər, onun adı ərizədə var.

Komandanın tərkibi olduqca güclü görünür. İlk lövhələrdə Əlireza Firuzja (Fransa) və Vasili İvançukun (Ukrayna) oynayacağını qeyd etmək kifayətdir.

İdman.biz

Məqalədə: