“Champions Chess Tour-2024”ün final mərhələsi başlayıb.
İdman.biz xəbər verir ki, iştirakçılar çıxışlarına İsveçrə sistemi üzrə 9 turdan ibarət təsnifat yarışları ilə başlayıb.
Növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanan şahmatçılar arasında azərbaycanlı qrossmeyster Vasif Durarbəyli də var. O, 9 mümkün xaldan 6,5 xal toplayaraq 8-ci yerdə qərarlaşıb. Təsnifat mərhələsində birinci yeri 7,5 xala malik Vladimir Fedoseyev (Sloveniya) qazanıb.
Qeyd edək ki, bundan əvvəl Maqnus Karlsen, Əlireza Firuzja və Maksim Vaşye-Laqrav “Champions Chess Tour 2024”-ün finalına yüksəliblər.
İdman.biz