Vüqar Həşimov Memorialı: Rapport və Nepomnyaşi lider mövqeyində

Xəbərlər
26 Sentyabr 2024 19:24
93
Vüqar Həşimov Memorialı: Rapport və Nepomnyaşi lider mövqeyində

Bu gün Şuşada X Vüqar Həşimov Memorialına start verilib.

İdman.biz xəbər verir ki, yubiley turnirində Yan Nepomnyaşi, Vladislav Artemyev (hər ikisi Rusiya), Riçard Rapport (Macarıstan), Aravind Çatambaram (Hindistan), Nodibrek Abdusattorov (Özbəkistan), Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı (hər üçü Azərbaycan) çıxış edirlər.

İlk iki gündə rapid, sonra isə blits oynanılacaq.

Bu gün rapid üzrə üç tur baş tutub. İlk oyunlardan sonra Rapport və Nepomnyaşi liderliyi ələ alıb.

1-ci tur
Artemyev - Süleymanlı - 0,5:0,5
Nepomnyaşi - Məmmədyarov - 0,5:0,5
Abdusattorov - Çitambaram - 1:0
Rapport - Məmmədov - 1:0

2-ci tur
Abdusattorov - Süleymanlı - 0,5:0,5
Nepomnyaşi - Artemyev - 1:0
Məmmədyarov - Məmmədov - 0,5:0,5
Çitambaram - Rapport - 0:1

3-cü tur
Abdusattorov - Nepomnyaşi - 0:1
Rapport - Süleymanlı - 0:1
Artemyev - Məmmədyarov - 1:0
Məmmədov - Çitambaram - 0:1

Turnir cədvəli: Rapport, Nepomnyaşi - 5, Artemyev, Abdusattorov, Süleymanlı - 3, Məmmədyarov, Çitambaram - 2, Məmmədov - 1 xal.

İdman.biz