Dommaracu Qukeş: "Düşünürəm ki, belə anlarda hamı əsəbi olur"

Xəbərlər
1 Oktyabr 2024 12:55
111
Dommaracu Qukeş: "Düşünürəm ki, belə anlarda hamı əsəbi olur"

Hindistanlı qrossmeyster Dommaracu Qukeş dünya tacı uğrunda Dinq Lirenlə görüşə hazırlığından danışıb.

İdman.biz xəbər verir ki, matç noyabrın 20-dən dekabrın 14-ə kimi Sinqapurda keçiriləcək və Qukeş orada namizədlər turnirinin qalibi kimi çıxış edəcək.

“Hesab edirəm ki, belə məqamlarda hamı əsəbi olur... İndi nə desələr də, qüvvələr nisbəti necə olsa da, matç başqa məsələdir... Anandla bu mövzuda çox danışmışam. Vişi mənə o vaxt hərdən, sözün əsl mənasında, çaxnaşma içində olduğunu, hazır olmadığını, hər şeyin plana uyğun getmədiyini və heç nəyin alınmayacağını düşündüyünü söylədi. Ancaq vaxt keçdikcə o, sakitləşir və hər şey qaydasına düşürdü. Nəhayət, bu, şahmatda ən vacib yarışdır, ona sıradan bir şey kimi yanaşmaq olmaz... Hiss edirəm ki, mənim üçün maraqlı səyahət olacaq və noyabrda Sinqapura gələndə hər şey daha da ciddiləşəcək. . Matçın başlamasını səbirsizliklə gözləyirəm”, - bu yaxınlarda Hindistan komandası ilə olimpiya qızılını qazanan Qukeş belə deyib.

O, Sinqapura qalib gəlmək üçün gedəcəyini də əlavə edib.

“Niyə gizlədim, qalib gəlmək istəyirəm! Mümkün qədər çalışıram ki, şəraitə, deyilənlərə və rəqibimlə bağlı hazırkı məsələlərə fikir verməyim... Ən güclü Dinq Liren nümunəsini məğlub etməyə hazır olmalıyam. Buna inanıram və çox ciddi hazırlaşıram. Ümid edirəm ki, hər şey mənim üçün yaxşı olacaq”, - deyə Qukeş fikrini yekunlaşdırıb.

İdman.biz