Şahmatçılar dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq

Xəbərlər
3 Oktyabr 2024 13:25
269
Şahmatçılar dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq

Oktyabrın 4-7-də Respublika Şahmat Mərkəzində şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı gözlənilir.

Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.

İdman.biz

Məqalədə: