Məmmədyarovun komandası məğlub olsa da, Qlobal Liqanın lideri kimi qalır

Xəbərlər
8 Oktyabr 2024 13:00
279
Məmmədyarovun komandası məğlub olsa da, Qlobal Liqanın lideri kimi qalır

Londonda Qlobal Şahmat Liqasının ikinci dövrəsinin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, 6-cı tur da birinci dövrənin sonuncu turu kimi başlayıb: komandalar eyni rəqiblərlə oynayıblar.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi komanda liderliyini davam etdirir. Baxmayaraq ki, növbəti oyun günü “Alaskan Knights” 2,5:3,5 hesabı ilə “Alpine Sg Pipers” komandasına məğlub olub. Məmmədyarov üçüncü lövhədə Riçard Rapportla (Macarıstan) heç-heçə edib.

“Alaskan Knights” 15 xal toplayıb, Teymur Rəcəbovun üzvü olduğu klub isə üçüncüdür. “Triveni Continental Kings” “Mumba Masters”lə heç-heçə oynayıb (3:3), həmyerlimiz Peter Svidler (Rusiya) ilə görüşü sülhlə başa vurub. "Triveni Continental Kings" 11 xal toplayıb.

İdman.biz