Londonda Qlobal Şahmat Liqasının 7-ci turunun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Alaskan Knights” 4:2 hesabı ilə “Ganges Grandmasters”ə qalib gəlib və 18 xalla liderliyini möhkəmləndirib.
Azərbaycanlı qrossmeyster öz lövhəsində Pərham Maqsudluya (İran) uduzub.
Teymur Rəcəbovun çıxış etdiyi "Triveni Continental Kings" isə "American Gambits"ə uduzub - 2:4. Şahmatçımız Yu Yanqyi (Çin) ilə heç-heçə oynayıb. Teymurun komandası 11 xal toplayıb və liqada üçüncüdür.
İdman.biz