Avropa çempionatının mükafat fondu müəyyənləşib

Xəbərlər
9 Oktyabr 2024 11:35
294
Avropa çempionatının mükafat fondu müəyyənləşib

Avropa Şahmat İttifaqı gələn il qadınlar arasında keçiriləcək qitə çempionatının mükafat fondunu açıqlayıb.

İdman.biz xəbər verir ki, bu, 60 min avro təşkil edəcək ki, onun da 10 mini qalibə veriləcək.

Gümüş mükafatçı 8 min, bürünc medalçı isə 7 min avroluq çek alacaq.

İlk iyirmiliyə düşənlər mükafatlandırılacaq. Məsələn, 12-20-ci yerləri tutan iştirakçılar hərəyə 1000 avro qazanacaqlar.

Qeyd edək ki, Avropa çempionatı martın 30-dan aprelin 12-dək Rodosda (Yunanıstan) keçiriləcək və Dünya kubokunun seçmə mərhələsi olacaq.

İdman.biz

Məqalədə: