Rəcəbov "Peaky Blinders" serialının qəhrəmanı obrazında

Xəbərlər
10 Oktyabr 2024 10:05
146
Rəcəbov "Peaky Blinders" serialının qəhrəmanı obrazında

Londonda keçirilən Qlobal Şahmat Liqasının 8-ci turunda Teymur Rəcəbovun görüşün ən yaxşı oyunçusu kimi seçilməsi böyük rezonansa səbəb olub.

İdman.biz xəbər verir ki, qrossmeysterimizin Pərham Maqsudlanı (İran) qara fiqurlarla məğlub etmə stili oyunun bir çox azarkeşini heyran edib.

Bu nəticə “Triveni Continental Kings” komandasına matçda heç-heçəni xilas etməyə və cədvəldə üçüncü yerdə qalmağa imkan verib.

Komanda öz saytında Teymurun uğurunu orijinal şəkildə təqdim edib. O, Britaniyanın məşhur “Peaky Blinders” serialının qəhrəmanı Tomas Şelbi obrazında təsvir olunub. Portretin altında isə qeyd olunub: "Matçın oyunçusu".

İdman.biz