Londonda Qlobal Şahmat Liqası davam edir.
İdman.biz xəbər verir ki, IX turda Azərbaycan qrossmeysterlərinin çıxış etdiyi komandalar üz-üzə gəlib.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Alaskan Knights” Teymur Rəcəbovun oynadığı “Triveni Continental Kings”la qarşılaşıb.
Şəhriyarın komandası Teymurun klubunu 4:2 hesabı ilə məğlub edib, üçüncü lövhədə isə Rəcəbov Məmmədyarova ağ fiqurlarla qalib gəlib.
Maraqlıdır ki, birinci dövrənin oyununda Şəhriyar Teymuru üstələmişdi.
“Alaskan Knights” cədvəldə 1-ci yeri qoruyub (21 xal), “Triveni Continental Kings” isə 3-cü yerdədir (12 xal).
İdman.biz