Məmmədyarovun komandası finalda

Xəbərlər
12 Oktyabr 2024 09:36
354
Məmmədyarovun komandası finalda

Şəhriyar Məmmədyarovun çıxış etdiyi “Alaskan Knights" Londonda keçirilən Qlobal Şahmat Liqasının finalına vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, qrup mərhələsinin son turunda komanda "American Gambits"ə 4:2 hesabı ilə qalib gəlib.

Şəhryar öz oyununda Yu Yangyi (Çin) məğlub edib.

"Alaskan Knights" 24 xal toplayıb və iki oyunluq finalda "Alpine Pipers" ilə qarşılaşacaq.

Teymur Rəcəbovun çıxış etdiyi “Triveni Continental Kings”ə gəlincə, komanda 15 xal toplayaraq üçüncü yeri tutub.

Komanda finiş xəttində finalçı "Alpine Pipers"ə 3,5:2,5 hesabı ilə qalib gəlib . Teymur Riçard Rapportla (Macarıstan) heç-heçə oynayıb.

İdman.biz