Qazaxstanda qələbəsiz tur

Xəbərlər
17 Oktyabr 2024 11:00
284
Qazaxstanda qələbəsiz tur

Qazaxıstanda “Pavlodar Open” beynəlxalq şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları V turda qələbə qazana bilməyib.

Vüqar Rəsulov Bərdia Danişvar (Hindistan) ilə heç-heçə oynayıb, Misrəddin İsgəndərov isə Mustafa Yılmaza (Türkiyə) məğlub olub.

Hər iki oyunçunun aktivində 3,5 xal var. İsgəndərov 16-cı, Rəsulov isə 18-ci yerdədir.

İdman.biz

Məqalədə: